
"Mançester Siti"nin vingeri Fil Foden iki Avropa nəhənginin maraq dairəsindədir.
Apasport.az xəbər verir ki, jurnalist Ekrem Konur bu barədə məlumat yayıb.
Onun sözlərinə görə, "Mançester Siti" Foden ilə yeni uzunmüddətli müqavilə ilə bağlı danışıqları davam etdirir.
Mənbənin məlumatına görə, 23 yaşlı futbolçunun vəziyyətini "Real Madrid" və PSJ izləyir. Ola bilər ki, Foden “Mançester Siti” ilə razılığa gəlməsə, o zaman Avropanın top klubları ingilisi almağa çalışacaq.
Bu mövsüm Foden bütün yarışlarda 45 matçda iştirak edib, 22 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun "Mançester Siti" ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
"Transfermarkt" portalı Fodenin dəyərini 130 milyon avro olaraq qiymətləndirir.
- AFFA-da Qazaxıstan Futbol Federasiyasının əməkdaşları ilə görüş keçirilib
- Portuqaliya klubunun müdafiəçisi: "Yalnız "Qarabağ" və "Neftçi"nin təklifini dəyərləndirərəm"
- “Avro 2024”: Türkiyə millisinin oyununa hakim təyinatları açıqlanıb
- Ən çox gəlir gətirən KLUBLAR
- Cüdoçularımız Avropa Kuboku turnirində iştirak edəcək