"İmişli" baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ
29.06.2026 - 17:25
"İmişli" baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ

"İmişli" klubu baş məqşçi Jorj Kaşkilya ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Klub onun köməkçiləri - Kriştianu De Souza və Gilyerme Kadete ilə də vidalaşıb.

Xatırladaq ki, Jorj Kaşkilya ötən ilin yayında "İmişli"nin baş məşqçi vəzifəsinə təyin olunmuşdu.