İngiltərə - Azərbaycan matçının stadionu dəqiqləşib
15.08.2024 - 17:52
![İngiltərə - Azərbaycan matçının stadionu dəqiqləşib](https://apasport.az/storage/news/2024/august/15/big/66be08172639866be081726399172372994366be08172639666be081726397.jpg)
21 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatının seçmə mərhələsində İngiltərə yığması ilə keçirəcəyi səfər oyununun məkanı müəyyənləşib.
Apasport.az xəbər verir ki, F qrupu çərçivəsində təşkil olunacaq görüş Bristol şəhərində yerləşən “Ashton Gate” stadionunda baş tutacaq.
Qeyd edək ki, qarşılaşma oktyabrın 15-də keçiriləcək. Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcək.
0
0