“İnter” “Fənər”in futbolçusunu istəyir
23.08.2025 - 12:19
"İnter" "Fənərbaxça"nın müdafiəçisi Yusuf Akçiçeki transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi türkiyəli futbolçu üçün "sarı-lacivərdlilər"ə 16 milyon avroluq təklif göndərib.
Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
“Fənərbaxça” isə təklifi qəbul etməyib. İstanbul klubu 19 yaşlı oyunçunun satışından 20 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, Yusuf Akçiçek "Fənər"in yetirməsidir. Türkiyə millisinin üzvü ötən mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Salah Premyer Liqa tarixinə düşdü
- Qurban Qurbanov: “Buradan gedən futbolçuların 80 faizinin getməsini istəməmişəm”
- Keçmiş "Fənər"li PSJ-yə keçə bilər
- Millimizin baş məşqçisi Türkiyə klubunun xüsusi qonağı olub
- Rauf Əliyev: “Özümü şikəst etmək istəmədim, keyidici iynələr də artıq təsir etmirdi” - MÜSAHİBƏ
0
0