"İnter" ispan qapıçı transfer etdi
09.07.2024 - 21:54
İtaliyanın "İnter" klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Milan təmsilçisi "Cenoa"dan Xosep Martinesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspan qolkiperlə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Xosep Martines 2022-ci ilin yayından "Cenoa"da çıxış edirdi. 26 yaşlı "əlcək sahibi" ötən mövsüm A Seriyası təmsilçisinin heyətində 36 rəsmi matçda meydana çıxıb.
- Millimiz Rusiya yığmasına uduzub - YENİLƏNİB
- “Zirə”nin legioneri: “Premyer Liqada bizdən stabil komanda yoxdur” - Müsahibə
- Ederson yayda "Mançester Siti"ni tərk edə bilər
- Azərbaycanın 11 boksçusu "Böyük İpək Yolu" turnirində finala yüksəlib
- "Arsenal"da ciddi itki: İKİ AY YAŞIL MEYDANLARDAN KƏNAR QALACAQ
0
0