Julio Romao "Dinamo" ilə cavab oyununda forma geyinəcək
26.08.2024 - 16:37
![Julio Romao "Dinamo" ilə cavab oyununda forma geyinəcək](https://apasport.az/storage/news/2024/august/26/big/66cc771ce485166cc771ce4852172467586866cc771ce484e66cc771ce4850.jpg)
"Qarabağ”ın dayaq yarımmüdafiəçisi Julio Romao Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb) ilə cavab görüşündə komandasına kömək edə biləcək.
Apasport.az-ın məlumatına görə, braziliyalı 3-cü sarı vərəqəni aldığına görə pley-offun cavab görüşünü buraxmalı idi.
Lakin UEFA-nın yeni qaydalarına görə, 2 təsnifat mərhələsindən sonra oyunçunun aldığı sarı vərəqənin biri silinir.
Belə ki, bu qayda “Rijeka”nın futbolçusu Mario Paşaliçə tətbiq edilib. UEFA-nın saytında da oyunçunun cəzalı olması barədə hər hansı qeyd yoxdur.
0
0