Kadi azarkeşləri tribunalara səslədi
17.04.2025 - 16:04
“Qarabağ”ın futbolçusu Kadi Borges "Neftçi" ilə oyundan öncə azarkeşlərə müraciət edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kadi videomüraciətində bunları deyib:
“Salam, “Qarabağ” azarkeşləri! Sizi salamlayıram. Qarşıdakı oyuna gəlib bizi dəstəkləməyinizi gözləyirik. Çünki siz bizim üçün çox önəmlisiniz. Siz bizi stadiondan dəstəkləyəndə inanılmaz dərəcədə fərq hiss edirik. Oyuna gəlin, birlikdə qələbə qazanaq!”
Qeyd edək ki, aprelin 19-da keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da start götürəcək.
- Azərbaycanlı futbolçu Polşa klubuna keçdi
- Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşüb
- “Arsenal” hücumçusunu PSJ-yə təklif etdi
- Azərbaycanda ilk dəfə keçiriləcək Ne-vaza ACF Kubokuna hakimlərin hazırlığı üçün təlim keçirilib
- Mövsümün ikinci yarısının rekordu təkrarlandı
0
0