Karateçilərimiz BƏƏ-də 3 medal qazandılar
26.02.2024 - 14:42
![Karateçilərimiz BƏƏ-də 3 medal qazandılar](https://apasport.az/storage/news/2024/february/26/big/65dc66346dc5565dc66346dc56170894290065dc66346dc4d65dc66346dc54.jpg)
Azərbaycan karateçiləri Birləşmiş Ərəb Əmirliklərinin Fujairah şəhərində keçirilən Karate1 turnirində 3 medal qazanıblar.
Apasport.az xəbər verir ki, beynəlxalq yarışda yığma üzvlərindən ikisi qızıl, biri isə gümüş mükafata yiyələnib.
16-17 yaşlı gənc qızların liqasında Gülay Orucova (59 kq) birinci, oğlanlar arasında Fərid Hacızadə (55 kq) ikinci yeri tutub.
14-15 yaşlı yeniyetmələrin yarışında isə Nəsimi Musayev (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
0
0