Karateçilərimiz Rusiyada beynəlxalq turnirdə iştirak edəcəklər
26.07.2024 - 13:32
Azərbaycan karateçiləri sabah Rusiyanın Soçi şəhərində keçiriləcək "Russia Open" beynəlxalq turnirində iştirak edəcəklər.
Apasport.az Deflimpiya Komitəsinə istinadla xəbər verir ki, Səma Tağızadə (47 kq) və Elnur Qasımzadə (67 kq) iki gün davam edəcək yarışda mübarizə aparacaqlar.
İdmançıları yarışa məşqçi kimi Seymur Xudaverdiyev çıxaracaq.
Qeyd edək ki, sözügedən turnir cari ilin 15-20 dekabr aralığında Malayziyada keçiriləcək deflimpiya üzrə dünya çempionatının hazırlıq mərhələsinin bir hissəsidir.
- İtaliya və İngiltərə klubları Osimheni transfer etmək istəyir
- Millimizin baş məşqçisi: “Futzalda zəif rəqib anlayışı yoxdur”
- Arda Güler məşqi yarımçıq tərk edib - Səbəb
- "Neftçi"nin sabiq icraçı direktoru ABF-nin icraçı vitse-prezidenti təyin edilib
- Millimizin Qubada təlim-məşq toplanışı davam edir - FOTO
0
0