![Karateçimiz dünya çempionu oldu](https://apasport.az/storage/news/2023/november/26/big/656361e369c91656361e369c921701011939656361e369c8f656361e369c90.jpg)
Azərbaycan Karate Federasiyasının idmançısı Nəzrin Hacıyeva kyokuşin-kan karate üzrə dünya çempionatının qızıl medalını qazanıb.
Apasport.az xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində keçirilən yarışda mübarizə aparan təmsilçimiz 14-15 yaş qrupunda, -45 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edib.
Milli komandamızın digər üzvü, Xətai İdman Mərkəzinin yetirməsi, Dünya Qran Prisinin gümüş medalçısı olmuş Cəmil Kazımlı isə +65 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, komandamız yarışa Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.