“Karvan”da yeni müqavilə
03.08.2025 - 11:43

"Karvan" yarımmüdafiəçisi İbrahim Qədirzadə ilə müqavilənin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Qədirzadə ötən mövsüm Yevlax təmsilçisinin heyətində 25 oyun keçirib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0