"Kəpəz" daha bir futbolçu ilə vidalaşıb
29.06.2025 - 11:14
"Kəpəz" daha bir futbolçusu ilə yolları ayırıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tural Rzayevlə başa çatan müqavilə yenilənməyib.
"Kəpəz"in yetirməsi olan Rzayev komandada 2015-2016-cı illər mövsümdə debüt edib. O, "sarı-göylər"in heyətində 6 mövsüm keçirib. Bu müddətdə o, 122 oyuna çıxıb və 1 qol vurub.
Qeyd edək ki, "Kəpəz" bundan əvvəl Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Yeqor Xvalko, Dioqo Verdaşka, Rojerio Santos və Valdemar Almeyda ilə yolları ayırıb.
- Bakıda keçirilən Dünya Kubokunda növbəti qaliblər bəlli oldu
- Rəşad Sadıqov: “Bu aqressiya rəhbərlikdən gəlir”
- Nurlan Novruzov: “Ölkə xaricindən təkliflər var idi” - MÜSAHİBƏ
- Prezident İlham Əliyev: “Qarabağ” – MOİK futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var
- “Mançester Siti” evdə qalib gəlib
0
0