“Kəpəz” klubunun nəzdində FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfindən yaradılan Məşq Mərkəzi və Futbol Akademiyasına media tur təşkil olunub.
Apasport.az xəbər verir ki, akademiyada ümumilikdə 96 nəfərin qalması üçün şərait yaradılıb.
Əsas komanda üçün 44 nəfərlik 16 otaq, 1 restoran, 1 mətbəx, fitnes, sauna, 4 paltardəyişmə otağı, tibb otaqları, iclas otağı, "Kəpəz" klubunun əməkdaşları üçün ofis, inzibati heyət üçün otaqlar, istirahət otağı, camaşırxana, texniki və xidməti otaqlardan ibarətdir.
Mərkəzdə əsas komanda ilə yanaşı, aşağı yaş qrupları üçün də yüksək səviyyədə şərait yaradılıb. Aşağı qrupları üçün 8 otaq nəzərdə tutulub. Bütün otaqlar zəruri müvafiq avadanlıqlarla təchiz olunub.
- "Qəbələ"nin qapıçısı: “Qarabağ”dan ehtiyat etmirdik"
- "Fənərbaxça" və "Qalatasaray" yenə üz-üzə: Braziliyalı qolkiper Türkiyə yolunda
- Artim Şakiri: "Qarabağ" çox yaxşı futbol nümayiş etdirdi" - Müsahibə
- Tərlan Əhmədov: "Qarabağ" ilk oyunda rəqibinə qarşı saymazlıq etdi" - Açıqlama
- Rafael Utziq Azərbaycana qayıtdı, Rəşad Sadıqov cəzalandırdı - ÖZƏL