"Kəpəz" futbolçusu ilə yollarını ayırıb
07.06.2024 - 16:21
!["Kəpəz" futbolçusu ilə yollarını ayırıb](https://apasport.az/storage/news/2024/june/07/big/6662f6b6add546662f6b6add5517177617186662f6b6add526662f6b6add53.jpg)
"Kəpəz" klubu futbolçusu Vüsal Məsimovla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Sarı-göylər"lə müqavilə müddəti başa çatan müdafiəçi komandanı tərk edib.
Qeyd edək ki, V.Məsimov Premyer Liqa ilə yanaşı, I Divizionda (hazırkı I Liqa) "Kəpəz"in formasını geyinib.
0
0