“Kəpəz” iki yoxlama matçı keçirəcək
19.09.2026 - 11:34
“Kəpəz” milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə iki yoxlama matçı keçirəcək.
Apasport.az xəbər verir ki, Gəncə təmsilçisi oktyabrın 2-də Azərbaycan U-19 millisi və “Gəncəbasar”la qarşılaşacaq.
Hər iki oyun Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında keçiriləcək. U-19-la matç saat 12:00-da, “Gəncəbasar”la görüş isə 17:00-da başlayacaq.
“Kəpəz”in məşqçi korpusu bütün futbolçuların oyununu izləmək məqsədilə heyəti iki hissəyə böləcək.
- Ayxan Abbasov: “Hakimlik səviyyəsi qalxmasa, narazılıq çox olacaq”
- “Milan” və “Yuventus” “Bayern”in müdafiəçisi ilə maraqlanır
- PSJ İngiltərədən futbolçu transfer edə bilər
- Fred Qrim: "Qarabağ" çox yaxşı komandadır"
- Nicat Qurbanov: "Portuqaliyanın III liqasından futbolçu gətirmək biabırçılıqdır" - MÜSAHİBƏ
0
0