"Kəpəz" sponsoruna qovuşur: Razılıq əldə olunub
14.02.2025 - 14:33

“Kəpəz” uzunmüddətli fasilədən sonra sponsor tapıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat rəsmi saytı məlumat yayıb. Gəncə təmsilçisi açıqlamada bunları qeyd edib:
"Klubumuzun inkişafının gücləndirilməsi məqsədi ilə aparılan danışıqlar müsbət nəticələnib və razılıq əldə olunub. Hazırda müəyyən prosedurlar çərçivəsində sənədləşmə işləri aparılır. Bu məsələ həllini tapdıqdan sonra ictimaiyyətə və mediaya əlavə informasiya veriləcək."Kəpəz"imiz üçün xeyirli-uğurlu olsun!"
Qeyd edək ki, "Kəpəz" hazırda Misli Premyer Liqasında 18 xalla 9-cu pillədə qərarlaşıb.
- "Beşiktaş"da baş məşqçi axtarışları davam edir - 3 namizəd var
- Ronaldo təyyarəsini satışa çıxardı - 20 milyon funt sterlinqə
- Şahruddindən "ağzı yanan" "Qarabağ": 4 qapıçı transferi
- "Aston Villa" "Borussiya" ilə anlaşıb
- Ayaz Quliyev: “Azərbaycan yığmasında oynamaq üçün müzakirə edəcəyimiz məqamlar var”
0
0