"Kəpəz"in legionerləri bilet alıb azarkeşlərə payladı
28.03.2023 - 23:54
“Kəpəz”in əcnəbi futbolçuları Georgi Kantariya, Mate Kvirkviya və Yeqor Xvalko azarkeşlərə jest edib.
Apasport.az xəbər verir ki, onlar öz hesablarına “Kəpəz” – “Səbail” matçına 54 bilet alaraq azarkeşlərə paylayıblar.
Gəncədəki “Novruz” yarmarkasında fəaliyyət göstərən “Fan Shop”dan bilet alan futbolçular şəhərin mərkəzində biletləri azarkeşlərə veriblər. Onların bu təşəbbüsü maraqla qarşılanıb.
Qeyd edək ki, aprelin 1-də Gəncədə keçiriləcək “Kəpəz” – “Səbail” matçına saat 15:30-da start veriləcək.
- Krakov-2023: Keyşa və Edi pley-offda, cütlər yenə məğlub oldu - YENİLƏNİB
- Jozef Blatter və Mişel Platiniyə korrupsiya işi üzrə bəraət verildi
- Krakov-2023: Yığmamızdan üç bürünc - YENİLƏNİB
- Pelenin tabutu 100 yaşlı anasının yaşadığı evə aparılacaq - FOTO
- Tofiq Əliyevdən Böyük Britaniyada iki qızıl medal
0
0