Konfrans Liqası: “Qəbələ”nin bəxtinə “Fehervar” düşdü
15.06.2022 - 15:24
![Konfrans Liqası: “Qəbələ”nin bəxtinə “Fehervar” düşdü](https://apasport.az/storage/news/2022/june/15/big/62a9c17be235a62a9c17be235b165529228362a9c17be235862a9c17be2359.jpg)
Konfrans Liqasında 2022/23 mövsümünün II təsnifat mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Qəbələ”nin ilk rəqibi bəlli olub.
“Qırmızı-qaralar” bu mərhələdə “Fehervar”la (Macarıstan) qarşılaşacaq. Elmar Baxşıyevin yetirmələri ilk matçı səfərdə keçirəcək.
II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab görüşləri isə 28-də olacaq.
0
0