Misli Premyer Liqasının IV turunun "Turan Tovuz" - "Qəbələ" matçından (1:0) sonra meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
"Güman etdiyimiz kimi, çətin oyun keçdi. "Qəbələ" çox yaxşı komandadır, sürətli hücumçuları var. 2-ci hissədə daha yaxşı oynadıq və qələbə qazandıq. Ötən illə müqayisədə gərəkli nəticələri çıxarmışıq. Müdafiə xəttini gücləndirmişik",
- Transfer dönəmini necə dəyərləndirərdiz?
- Prinsipcə, kimləri dəvət eləmişiksə onlardan razıyıq. İstəyirdik ki, mərkəz müdafiəçisi də heyətimizə qataq, lakin alınmadı.
- Azərbaycan millisi bildiyiniz kimi baş məşqçi axtarışındadır. Fikrinizcə, yerli baş məşqçinin olması effektiv olar millidə, ya xarici?
- Bu suala cavab vermək istəmirəm. Ancaq oyun haqda danışmaq istəyirəm.
- Yüksək Liqa: “Murov Az Terminal" məğlub olub
- İkinci Liqa: Turun bütün görüşləri eyni gündə baş tutacaq
- Azərbaycan üzgüçüləri Kutaisidə keçirilən Açıq Yaz Kubokunda uğurlu nəticələr əldə ediblər
- DÇ-2026: Niderland da uduzdu: Mərakeş 1/8 finalda! - YENİLƏNİB
- “Qarabağ”la “Neftçi”nin dünya reytinqindəki mövqeyi açıqlandı