Kurban Berdiyev: “Müəyyən problemlər var”
04.03.2025 - 20:10
Kurban Berdiyev: “Müəyyən problemlər var”

Misli Premyer Liqasının XXV turunun "Turan Tovuz" - "Zirə" matçından (0:2) sonra ev sahiblərinin baş məşqçisi Kurban Berdiyevin mətbuat konfransı keçirilib.

"Zirə" kimi komandalarla oyunda erkən qol buraxanda sonradan toparlanmaq çətin olur. Onların əsas ümidi əks-hücumlara idi. Dəyişikliklərdən sonra meydanın mərkəzini rəqibə vermiş olduq və ikinci qolu buraxdıq. "Zirə"ni layiqli qələbə münasibətilə təbrik edirəm".

- 4-cü yeri tutub avrokuboklara gedə bilməsəz, bunu uğurlu nəticə hesab edəcəksiz?
- Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Yalnız bunu bacarsaq, mövsümü uğurlu saya bilərik.

- Geridən hücum qurmaqla bağlı müdafiədə problem olduğunu düşünürsüz?
- Müəyyən problemlər var. Bunları müzakirə edirik və aradan qaldırmağa çalışırıq.

- İsmayıl İbrahimliyə hansı tapşırığı vermişdiz?
- Ötürmələrlə bağlı problemi var. Bunun üzərində işləyirik.

- Komandanız evdə oyuna çox istəkli və aqressiv başlayanda səhvlər edir. Bəlkə bunu dəyişməyin vaxtıdır?
- Aktiv oynamalı olduğumuz oyunlarda bunu edirik. "Zirə" əks-hücumlarda təhlükəli olan komandadır. Elə ilk əks-hücumları da penalti və qolla nəticələndi.