"Yaxşı başa düşürük ki, bu gün iki xal itirdik. İlk hissədə ehtiyatla oynadıq. İkinci hissədə bir qədər yaxşı oynadıq. Amma bir qol çatışmadı".
- "Turan Tovuz" son 5 oyuna cəmi 2 xal toplayıb. Avrokuboklara yollanmaq nə dərəcədə realdır?
- Bu barədə düşünürük. Oyunçularla da danışırıq. Ümid edirik ki, növbəti oyunlarda daha da yaxşı oynayacağıq.
- Oyundan sonra Veysəl Rzayevlə azarkeşlər arasında insident oldu. Bu haqda məlumatlısız?
- Xeyr, məlumatımız yoxdur.
- Tural Bayramlını ümumiyyətlə siyahıdan çıxarmısız? Ona güvəniniz yoxdur?
- Xeyr, rəqabət çox güclüdür. Hamını eyni anda meydana buraxmaq olmur.
- Anton Kraçkovski hansı məqsədlə gətirilib komandaya? Bu gün də oynamadı...
- Xəstə idi. Amma xəstələnməsəydi, onun haqda da düşünürdük.
- Bundan əvvəlki oyunlarda da onu meydanda görmürük. Səbəbi var?
- Bu elə mövqedir ki, rəqabət yüksəkdir. Özü də legionerdir.
- Qışda gətirilən futbolçular ya oynamır, ya da özünü yaxşı göstərmir. Uğursuz oldular. Məsuliyyəti kimin üzərinə atmaq olar?
- Deməzdim ki, uğursuz transferlərdir. Hurtado və Jo sintetik meydançaya cəld reaksiya verirlər, yaxşı təsir etmir.
- Sabiq futbolçu final haqda: “Məhsuldar oyun gözləmirəm”
- Millimiz bu növ üzrə Paris-2024-ə ən çox vəsiqə qazanan ölkələrdən biridir
- Azərbaycan Kuboku: I təsnifat mərhələsinin təyinatları
- AFFA-nın baş mütəxəssisi UEFA-dan təyinat alıb
- Azərbaycan çempionunun baş məşqçisi: “İlk oyunlar isə hər zaman ağır olur”