![Lamiyə Vəliyevadan yeni Azərbaycan rekordu](https://apasport.az/storage/news/2024/february/11/big/65c8991a15c1e65c8991a15c1f170764521065c8991a15c1c65c8991a15c1d.jpg)
Atletika üzrə yığma komandamızın üzvləri Türkiyədəki yarışı uğurla başa vurub.
Apasport.az xəbər verir ki, təmsilçilərimizdən Lamiyə Vəliyeva hətta rekorda imza atıb.
Atletimiz İstanbul şəhərində təşkil olunan Balkan qış çempionatında 400 m məsafəyə qaçışda 56,14 saniyə göstərici ilə 8-ci yeri tutub. Bu, U-23 və böyüklər arasında yeni Azərbaycan rekordudur.
Qeyd edək ki, yığma komandamızın üzvlərindən Rüstəm Məmmədov 10-cu (üçtəkanla tullanma, 15,28 m), Kəsgin Abbaszadə 13-cü (uzunluğa tullanma, 7,07 m) və Əlhəm Nağıyev isə Balkan qış çempionatını 16-cı (60 m məsafəyə qaçış, 7,01 san) sırada tamamlayıb.