Madrid təmsilçisinin Lunin planı
30.12.2023 - 00:18
“Real”ın baş məşqçisi Karlo Ançelotti böyük ehtimalla, ukraynalı Andrey Lunini mövsümün ikinci yarısında komandanın əsas qapıçısı edəcək.
Apasport.az “Don Diario”-ya istinadən xəbər verir ki, Luninin məzuniyyətdən tez qayıtması və komanda ilə məşqlərə başlaması italiyalı mütəxəssisdə xoş təəssürat yaradıb.
Hər şey Ançelottinin planlarına uyğun getsə, klubun əsas qapıçısı Kepa Arrisabalaqa deyil, Lunin olacaq.
Qeyd edək ki, 24 yaşlı qolkiper bu mövsüm bütün turnirlərdə 9 matçda iştirak edib, 6 qol buraxıb və 4 oyunda qapısını toxunulmaz saxlayıb.
- "Basketbolda elə olur ki, oyun sadəcə alınmır" - Tahir Baxşıyev
- "Lənkəran"ın baş məşqçisi: "Əgər bunu anlamasaq hər bir rəqibə qarşı oyunlarda problemlərimiz olacaq"
- Belçikalı qapıçı: “Bu, komandamıza əlavə motivasiya verir””
- Azərbaycanda oynamaq istəmədi, Lüksemburqu seçdi
- "Kəpəz" daha bir futbolçu ilə vidalaşıb
0
0