Mahir Emreli məşqləri bərpa etdi - FOTO
30.04.2025 - 16:34

Azərbaycan millisinin hücumçusu Mahir Emreli məşqlərə start verib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
"Nürnberq"in futbolçusu Almaniya II Bundesliqasının XXXI turunun "Fortuna" ilə matçında (3:3) əlindən zədələnib.
28 yaşlı oyunçu artıq məşqlərə qoşulub. Həmyerlimizin qoluna xüsusi hazırlanmış şin taxılıb.
Mahirin növbəti matçlarda komandasına kömək edə biləcəyi bildirilir.
Qeyd edək ki, Emreli bu mövsüm 22 matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0