Polşanın Keltse şəhərində keçirilən beynəlxalq turnirdə növbəti dəfə Azərbaycan və Ermənistan boksçularının döyüşü baş tutmayacaq.
Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, buna ermənilərinin yarışı yarımçıq tərk etməsi səbəb olub.
51 kq-da 1/4 final çərçivəsində Armen Quşçiyan (Ermənistan) Məsud Yusifzadə (51 kq) ilə döyüşdən imtina etmişdisə, bu dəfə Ermənistan yığması turnirdən ayrılıb. Bu da o deməkdir ki, Malik Həsənov (63,5 kq) yarımfinalda Hamlet Minatsakanyanla (Ermənistan) döyüşmədən həlledici görüşə vəsiqə qazanıb. Onun finalda rəqibi Frank Roman Samuel (Rumıniya) – Frank Kleri (İrlandiya) cütünün qalibi olacaq.
Qarşılaşma noyabrın 13-də keçiriləcək.
- Basketbol üzrə Azərbaycan Kubokunda mövsümə bu gün start veriləcək
- "Qalatasaray" azarkeşləri narahatdır: İkardinin nümayəndəsi "Real"la görüşüb
- “Neftçi” Türkiyəyə 23 futbolçu ilə yollanır
- “Çelsi”nin müdafiəçisi “Əl-Nəsr” yolunda
- Azərbaycanın stolüstü tennisçisi "Qlobal gənclər təlim düşərgəsi"nə qatılacaq