Marko Yankoviçin "Qarabağ"a keçidi rəsmiləşdi - 3 illik müqavilə
20.06.2022 - 19:18
![Marko Yankoviçin "Qarabağ"a keçidi rəsmiləşdi - 3 illik müqavilə](https://apasport.az/storage/news/2022/june/20/big/62b090452953762b0904529538165573843762b090452953462b0904529535.jpg)
“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi İsrail “Hapoel Təl-Əviv”indən Marko Yankoviçi transfer edib.
Monteneqrolu yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Marko Yankoviç "Qarabağ"da 8 nömrəli formanı geyinəcək.
0
0