Parataekvondoçumuz Olimpiadanın finalına yüksəlib
30.08.2024 - 21:35
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan təmsilçimiz bu mərhələdə Javokhir Alikulovla (Özbəkistan) üz-üzə gəlib.
Rəqibinə 7:2 hesabı ilə qalib gələn Xəlilov finala vəsiqə qazanıb.
Bununla da parataekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.
Qeyd edək ki, Paralimpiya Oyunlarına sentyabrın 8-də yekun vurulacaq.
- Ramil Şeydayev: “Olimpiakos” revanş almaq istəyir"
- Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib
- Lunyovun meneceri: “Lunyovun 200 min avroluq maaşı reallığı əks etdirmir”
- Serxi Roberto bir ay meydanlardan kənarda
- Azərbaycan çempionatında ilk 1/4 finalçılar bəlli olub
0
0