Fransa millisinin futbolçusu Kilian Mbappe DÇ-2022-nin iştirakçıları arasında mundiallarda ən çox qol vuran futbolçular arasında 2-ci pilləyə yüksəlib.
Apasport.az xəbər verir ki, o bu gün 2 qol vurmaqla cari mundialda 5-ci dəfə fərqlənmiş olub.
Mbappe 2018-ci ildə Rusiyada keçirilmiş mundialda daha 4 qol vurub. Bu baxımdan qollarının sayını 9-a çatdıran Mbappe Kriştianu Ronaldonu arxada qoyub və Lionel Messiyə çatıb. Ancaq o, Messidən fərqli olaraq, bu nəticəyə cəmi 2 turnirə imza atıb. Mübarizəni dayandırmış Almaniya millisinin hücumçusu Tomas Mülerdən onu cəmi 1 qol ayırır.
|
Oyunçu |
Komanda |
Turnirlər |
Matçlar |
Qollar |
|
Tomas Müler |
Almaniya |
2010, 2014, 2018, 2022 |
18 |
10 |
|
Kilian Mbappe |
Fransa |
2018, 2022 |
11 |
9 |
|
Lionel Messi |
Argentina |
2006, 2010, 2014, 2018, 2022 |
23 |
9 |
|
Kriştianu Ronaldo |
Portuqaliya |
2006, 2010, 2014, 2018, 2022 |
20 |
8 |
|
Luis Suares |
Uruqvay |
2010, 2014, 2018, 2022 |
16 |
7 |
|
Ener Valensiya |
Ekvador |
2014, 2022 |
6 |
6 |
|
Hari Keyn |
İngiltərə |
2018, 2022 |
9 |
6 |
|
Neymar |
Braziliya |
2014, 2018, 2022 |
11 |
6 |
- "İndi kişilər gəlib qadınları döyür və medal alırlar"
- Aslan Kərimov: "2 futbolçunun cəzalı olması komandaya təsir göstərəcək" - Müsahibə
- “Xəzər Lənkəran”ın Redniki dəstəklədiyi kimi, “Neftçi” də Mutuya dəstək olsa..." - Müsahibə
- “İnter”in gözü “Ayaks”ın yarımmüdafiəçisində
- Rəşad Sadıqov: "Futbolçularıma təşəkkür edirəm"