Argentina millisinin futbolçusu Entso Fernandes “Real”ın maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu “Benfika”nın 21 yaşlı yarımmüdafiəçisini heyətinə qatmağı planlaşdırır.
O, Dortmund “Borussiya”sının üzvü Cud Bellingemə alternativ hesab olunur. İngiltərə millisinin üzvünə “Liverpul”, “Mançester Siti” və Çelsi”nin də transfer siyahısında olduğundan “Real” argentinalının diqqətdə saxlayır.
DÇ-2022-də yığmanın heyətində 2 matçda 1 qol vuran Fernandes Meksika ilə görüşdə Lionel Messinin ötürməsindən sonra fərqlənib. Onun transfer dəyəri 35 milyon avro ilə dəyərləndirilir.
Qeyd edək ki, Argentina millisi sabah Polşa ilə qarşılaşacaq.
- Kriştiano Ronaldonun qolu “Əl-Nəsr”ə üç xal qazandırdı
- Azərbaycan kapoeyraçılarından Münhendə üç medal
- Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
- "Fənərbaxça"nın "Qalatasaray"la bağlı etirazları bitmir - BƏYANAT
- Almaniyadakı beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları açıqlanıb