Mesut Özil Bakıya gəlir
09.10.2024 - 10:38

Almaniya millisinin və İspaniya “Real Madrid”inin sabiq futbolçusu Mesut Özil Azərbaycana gələcək.
Apasport.az xəbər verir ki, bu barədə "Qarabağ"ın rəsmi saytı məlumat yayıb.
Ağdam klubunun dəvəti ilə Bakıya səfər edəcək ulduz futbolçu Azərbaycan çempionunun qonağı olacaq.
Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış veteran yarımmüdafiəçi “Qarabağ”ın açıq məşqinin ardından gənc futbolçularla əyləncəli oyunda üz-üzə gələcək.
Oktyabrın 11-də “Azersun Arena”da keçiriləcək tədbir saat 16:30-da başlayacaq.
Qeyd edək ki, arenaya giriş sərbəst olacaq.
- Zaur Həşimov: "Qarabağ"ın itirəcək bir şeyi yoxdur" - Müsahibə
- Muhəmmədəli Məmmədzadə Avropa birinciliyində 3 medal qazanıb
- Vaqif Cavadov autsayder komandaya baş məşqçi təyin olundu
- Pley-offda ilk böyük sürpriz "Xırdalan"dan gəlib
- UEFA prezidenti Ukraynanın DÇ-2030-a ev sahibliyi etməsini dəyərləndirdi
0
0