![Millimiz 5 qol vurdu, qalib gələ bilmədi](https://apasport.az/storage/news/2023/december/15/big/657c92942e143657c92942e1441702662804657c92942e141657c92942e142.jpg)
Futzal üzrə Azərbaycan milli komandası bu gün DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Rumıniyanı sınağa çəkib.
Apasport.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən görüşə saat 20:00-da start verilib.
Vitali Borisovun rəhbərlik etdiyi kollektiv 5-5 hesablı qollu bərabərliyə razılaşmalı olub.
DÇ-2024. Elit-raund. Qrup mərhələsi
Azərbaycan – Rumıniya 5:5
Qollar: Rafael Vilela 18, 19, 25, Tofiq Mikayılov 32, Amir Şocai 34 - Nastai 22, Balint 28, Araxuo 32(p), Şocai 35(avtoqol), Nemitanu 36
Hakimlər: Damian Grabovski, Slavomir Steczko, Monika Czudzinovicz (Hamısı Polşa)
Hakim-inspektor: Gjergji Bitri (Malta)
UEFA nümayəndəsi: Someon Tsolakidis (Yunanıstan)