Millimiz Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
19.05.2024 - 14:11

Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, mayın 19-da Moldovada jurnalistlər arasında minifutbol üzrə Avropa Millətlər Liqası baş tutacaq.
Bu turnirdə Azərbaycanın jurnalistlərdən ibarət milli komandası da iştirak edəcək. Yığmamız qrupdakı rəqibləri bəlli olub.
Belə ki, jurnalistlərimiz Kişinyovda B qrupunda İsrail, Almaniya və Moldova komandaları ilə qarşılaşacaq. Komandamızın ilk oyunu mayın 19-da Almaniya yığmasına qarşı olacaq.
- Qurban Qurbanov: "Ayxan Abbasovun komandasına qarşı oynamaq heç vaxt asan olmayıb"
- Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı
- Avarçəkmə üzrə "Prezident Kuboku”nda ikinci yarış günü başlayıb
- "Borussiya" derbisində dortmundlular sevindilər
- Bəxtiyar Musayev: “Neftçi” 3-cü yerə qalxacaq, birinci yerdən danışmağa dəyməz"
0
0