Millimiz Antalyada təlim-məşq toplanışı keçəcək
                    
                    14.03.2024 - 14:23
                        
                     
                    Çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) oğlanlardan ibarət Azərbaycan millisi Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.
Apasport.az xəbər verir ki, komanda bu məqsədlə qardaş ölkəyə yola düşüb.
Yığma orada braziliyalı mütəxəssis Joanildo Kosta Juniorun rəhbərliyi altında 14 gün hazırlıq keçəcək.
Voleybolçular Türkiyənin U-18 yığması və digər yerli komandalarla yoxlama oyunlarında güclərini sınayacaqlar.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                                 
                                                 
                                                