Millimiz Belçikanı məğlub edib
12.09.2025 - 14:06
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-in (EBSL) final mərhələsində ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz Belçika yığması ilə qarşılaşıb.
İtaliyanın Viareccio şəhərində baş tutan görüş komandamızın 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sabir Allahquliyev iki, Elçin Qasımov, Sahib Məmmədov və Ramil Əliyev hərəyə bir qol vurublar.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu sentyabrın 12-də Litva yığmasına qarşı keçirəcək.
- Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
- "Zirə" Qabon millisinin üzvünü transfer etmək istəyir
- Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb
- Adil Şükürov: “Sabah” daha yüksək yerlərdən birində olmalı idi”
- Qurban Qurbanov: "Məğlub olduğumuz üçün sistemi dəyişmək fikrimiz yoxdur" - MÜSAHİBƏ
0
0