Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb
16.09.2025 - 12:55
Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının liqa mərhələsi oyununa təyinat alıb.

Apasport.az xəbər verir ki, sentyabrın 18-də Danimarkada keçiriləcək “Kopenhagen” - “Bayer” matçını o idarə edəcək.

Beynəlxalq dərəcəli hakimin köməkçiləri kimi Zeynal Zeynalov və Akif Əmirəli fəaliyyət göstərəcək. Görüşün dördüncü hakimi Elçin Məsiyev olacaq.

Qeyd edək ki, qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:45-də çalınacaq.