Millimiz Belarusla qarşılaşacaq
                    
                    11.06.2025 - 19:33
                        
                     
                    Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusda təlim-məşq toplanışı keçəcək.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat yayılıb. 
İyunun 25-də Minskə yollanacaq komandamız iyunun 28-də və iyulun 1-də Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək.
Oyunların təşkil olunacağı stadion və başlama saatı isə bəlli deyil.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                                 
                                                 
                                                