Millimiz Estoniyaya məğlub olub
19.04.2025 - 14:31
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində Estoniyaya məğlub olub.
Apasport.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv turnirdəki üçüncü - sonuncu matçında 1:2 hesabı ilə uduzub.
Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüşdə yığmanın yeganə qolunu 90-cı dəqiqədə Nicat Kərimov vurub.
Qeyd edək ki, milli turnirdə Moldovaya (0:1) məğlub olub, Gürcüstana (1:0) qalib gəlib.
- “Aston Villa” 60 milyon avroya ispan qolkiper ala bilər
- "Şamaxı"nın baş məşqçi namizədləri arasında 3 yerli mütəxəssis var
- Abdullah Avcı Kimdir? Azərbaycan Millisinin Baş Məşqçisi Postuna Namizədin Həyat Yolu
- Bakıda keçiriləcək dünya çempionatında 145 ölkə iştirak edəcək
- Ramil Şeydayevin illik istəyi
0
0