Millimiz seçmə mərhələyə qələbə ilə başladı
23.03.2023 - 01:29

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, Bosniya və Herseqovinada keçirilən oyunda millimiz Qazaxıstan yığması ilə qarşılaşıb.
2:0 hesabı ilə millimizin xeyrinə başa çatan oyunda qolları Ayşən Salamzadə və Aydan Həsənova vurub.
Qeyd edək ki, millimiz qrupda növbəti oyununu martın 25-də meydan sahibi Bosniya və Herseqovina komandasına qarşı keçirəcək.
- Paris-2024: Gimnastımız çıxışını başa vurub - YENİLƏNİB
- Bakıda keçirilən Dünya Kubokunda qaliblər mükafatlandırılıb
- Murad Allahverdiyev: “Zədələr istədiyim kimi döyüşməyimə imkan vermədi”
- Dünya çempionatında daha 2 çəkidə qaliblər müəyyənləşdi - FOTOLENT
- Azərbaycan komandası Almaniyada medal qazandı - FOTO
0
0