Millimiz Türkiyə ilə yoldaşlıq oyunları keçirəcək
29.08.2024 - 11:36
![Millimiz Türkiyə ilə yoldaşlıq oyunları keçirəcək](https://apasport.az/storage/news/2024/august/29/big/66d0250fc776666d0250fc7767172491700766d0250fc776466d0250fc7765.jpg)
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sentyabrın 3-dən 7-dək Bakıda, sentyabrın 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olacaq.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-17 hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.
Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 17:00-da və 14:00-da start götürəcək.
0
0