Milli komandaların FİFA reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, 2023-cü ilin ilk cədvəlində bir sıra dəyişikliklər olub.
Bu, Azərbaycan millisindən də yan ötməyib. Hesabat dövründə iki matça çıxan yığmamızın da mövqeyi dəyişib.
AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzan Canni de Byazinin yetirmələri 1142,25 xalla dünyanın 124-cü komandasıdır. Millimiz ötən cədvəllə müqayisədə 3 addım geriləyib. Niger, Mərkəzi Afrika Respublikası və Qambiya yığmamızı keçib.
Qardaş Türkiyə yığması 1 pillə irəliləyib. 1465,70 xala malik Ştefan Kuntsun yetirmələri 43-cü sıradadır.
Qeyd edək ki, cədvələ hesabında 1840,92 xal olan Argentina başçılıq edir.
- “Qarabağ”da əsas heyətdə olmaq "Nyukasl"da 3-4-cü qapıçı olmaqdan yaxşıdır" - Lunyov
- AVF prezidenti voleybol klubunun ilk məşqini izləyib
- Messi oynamaq istədiyi klubun adını açıqladı
- Cüdoçularımızın “Böyük dəbilqə”də ilk rəqibləri müəyyənləşib
- "Qarabağ" Türkiyədə 2 komandanı məğlub etdi, 2-nə uduzdu