![Millimiz üçün Belçika və İsveç hakimləri](https://apasport.az/storage/news/2023/november/24/big/65604634b5c3e65604634b5c3f170080824465604634b5c3c65604634b5c3d.jpg)
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının oyunlarının hakimləri bəlli olub.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Millətlər Liqası çərçivəsində Kipr və Farer adaları yığmasına qarşı keçirəcək oyunların ədalət təmsilçiləri dəqiqləşib. Dekabrın 1-də “Limassol” stadionda keçiriləcək Kipr – Azərbaycan oyununu Belçikadan, dekabrın 5-da “Dalğa Arena”da təşkil olunacaq Azərbaycan – Farer adaları qarşılaşmasını isə İsveçdən olan hakimlər briqadası idarə edəcək.
Kipr – Azərbaycan
1 dekabr. Limassol. Limassol stadion. Saat 21:00
Baş hakim: Caroline Lanssens
Baş hakimin köməkçiləri: İrmgard Van Meirvenne, Margot Jacobs
Dördüncü hakim: Jana Van Laere
Azərbaycan – Farer adaları
5 dekabr. “Dalğa Arena”. Saat 19:00
Baş hakim: Lovisa Johansson
Baş hakimin köməkçiləri: Camilla Stendahl, Jilan Taher
Dördüncü hakim: Maral Mirzai Beni