"Sumqayıt"ın basketbolçusu Zayon Yanq klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, komanda barədə düşüncələrini söyləyib:
“Burada olduğuma görə şadam. Bu şəhərdə həmişə maraqlı nəsə baş verir. Komanda yoldaşlarım Aleksey Kitayev, Zaur Quşanov və Saadettin Donat qətiyyən məni darıxmağa qoymur. Onlar komanda daxilində də əla atmosfer yaradır.
Əvvəlcə, mənə burada oynamağa şans yaradanlara təşəkkürümü bildirirəm. Bu çempionatda mən əsl istedadımı nümayiş etdirə bilirəm. İstənilən halda komanda yoldaşlarıma minnətdaram. Məhz onların sayəsində mən liqada hər oyunda orta hesabla ən çox xal toplayan basketbolçuyam".
Qeyd edək ki, “Sumqayıt” 10 turdan sonra B qrupunda 13 xalla 5-ci pillədə qərarlaşıb.
- BOK 2026-cı il Qış Olimpiya Oyunlarının medallarını təqdim edib
- "Turan Tovuz" Türkiyə klubuna qarşı
- "Arsenal"da ciddi itki: İKİ AY YAŞIL MEYDANLARDAN KƏNAR QALACAQ
- Rəşad Sadıqov: “Komanda və məşqçi olaraq, yüksək yerlər uğrunda mübarizə aparmaq istəyirik”
- "Trabzonspor"un keçmiş futbolçusu vəfat etdi