Azərbaycan milisi ilkə imza atıb.
Apasport.az xəbər verir ki, yığmamız ilk dəfə səfərdə keçirdiyi seçmə mərhələ oyununun 1-ci hissəsində 2 qol vurub.
Canni de Byazinin yetirmələri AVRO-2024-ün Estoniya ilə seçmə görüşündə buna nail olub. İlk 45 dəqiqədə Toral Bayramov və Ramil Şeydayev fərqlənib.
Komandamız tarixində 4-cü dəfə rəsmi xarakterli matçın birinci hissəsində 2 qola imza atıb. Lakin digər üç oyun evdə baş tutub.
Ümumilikdə isə komandamız səfərdə 6-cı dəfə ilk 45 dəqiqədə iki və ya daha çox qol vurub. Ancaq digər 5 qarşılaşma yoldaşlıq oyunları çərçivəsində baş tutub.
Qeyd edək ki, yığmamız Tallində 2:0 hesablı qələbə qazanıb.
- Qurban Qurbanov: “Belə böyük turnirdə bu cür hallar yaşanmamalıdır“
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
- Gənclər və İdman Nazirliyi müsabiqə keçirir
- “Başakşəhər”dən qələbə, “Trabzonspor” yenə məğlub oldu
- "Turan Tovuz" Polşa klubu ilə bacarmadı