
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının əsas seçmə mərhələsi üçün yekun heyəti bəlli olub.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.
Martın 16-dan təlim-məşq toplanışında olan yığmamız bu gün Bakıda son məşqini keçirib. Baş məşqçi İlqar Aslanov hazırlıq prosesinə dəvət etdiyi 18 futzalçıdan 14-nü seçib.
Xorvatiya səfərinə qapıçılar Hüseyn Abdulov, Əli Həsənzadə, sahə oyunçuları Rəvan Məşiyev, Oqtay Mahmudzadə, Ədalət Ələkbərov, Hüseyn Cəfərzadə, Pünhan Qasımzadə, Nazim Hüseynov, Bəyoğlan Vəlizadə, Fariz Hüseynov, Rəvan Quliyev, Elgün Sadıqlı yollanacaqlar.
Qeyd edək ki, U-19 martın 26-da Bosniya və Herseqovina, ertəsi gün Xorvatiya, martın 29-da isə Türkiyə yığması ilə qarşılaşacaq. Qrup oyunlarını birinci pillədə başa vuracaq komanda final mərhələsinə vəsiqə qazanacaq.
- Qurban Qurbanov 2024-cü ilin ən yaxşı məşqçisi seçildi
- Daha bir klub bukmekerlərlə anlaşdı
- Medianın İnkişafı Agentliyinin rəhbərliyi "Qarabağ"ın qonağı olub
- “Roma”nın sabiq baş məşqçisi Premyer Liqa klubunu çalışdıracaq
- "Neftçi"nin Konfrans Liqasının pley-offunda potensial rəqibləri azaldı: 4 variant