Millimizin sabiq üzvü ciddi zədə alıb
03.04.2024 - 15:16
![Millimizin sabiq üzvü ciddi zədə alıb](https://apasport.az/storage/news/2024/april/03/big/660d31c76ed78660d31c76ed791712140743660d31c76ed76660d31c76ed77.jpeg)
Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşov ciddi zədə alıb.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın “Dinamo” (Berlin) klubunun şərəfini qoruyan futbolçu 6 ay futbol oynaya bilməyəcək.
Komanda yoldaşı ilə toqquşan 32 yaşlı forvardın dizi burxulub. İlkin diaqnoza görə, futbolçunun dizində çat əmələ gəlib. Lakin yekun rəy MRT-dən sonra veriləcək.
0
0