Millimizin üzvü beynəlxalq turnirdə yarışacaq
24.01.2024 - 15:18
Fiqurlu konkisürmə üzrə yığma komandamızın üzvü Səbinə Əliyeva Türkiyəyə yollanıb.
Apasport.az xəbər verir ki, təmsilçimiz qardaş ölkədə təşkil olunan beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
Səbinənin turnirdə 28 konkisürən arasında yarışacağı gözlənilir. O, sabah qısa proqram, ertəsi gün isə sərbəst çıxış üçün buz üzərinə çıxacaq.
Qeyd edək ki, İzmirin ev sahibliyi etdiyi yarış “Ephesus Cup” adlanır.
- “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi keçirilib - FOTO
- Aykut Kocaman sükutu pozdu - "Bu şərtlərlə işləyə bilməzdim"
- "Neftçi"də uğursuzluğun növbəti qurbanı: Baş məşqçi istefaya göndərildi
- “Gəncə” Azərbaycan millisinin üzvünü heyətinə qatıb
- "Kəpəz"də növbəti ayrılıq
0
0