Millimizin üzvü əməliyyat olunub
12.12.2025 - 13:43
Millimizin üzvü əməliyyat olunub

Azərbaycan futzal millisinin və "Araz-Naxçıvan" klubunun üzvü Mirzə Əmirov Bakıda cərrahiyyə əməliyyatı olunub.

Apasport.az xəbər verir ki, futzalçının diz qapağı sınığında bitişməyən hissələrin çıxarılması, diz qapağı bağının bərpası əməliyyatı uğurlu alınıb.

Bu gün xəstəxananı tərk edəcək Əmirovun 3 aydan sonra komanda ilə birgə məşqlərə başlaya biləcəyi gözlənilir.