Millimizin üzvü I Liqa klubunda
10.09.2025 - 14:31
I Liqada mübarizə aparacaq “Şimal” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, xaçmaz təmsilçisi “Qaradağ Lökbatan”dan Fərid Nadirovu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Bakı”nın yetirməsi olan Nadirov karyerası ərzində “Bakı”, “Qəbələ”, MOİK, “Keşlə” (indiki “Şamaxı”), “İmişli”, “Araz Saatlı” və “Qaradağ Lökbatan” komandalarında çıxış edib. Millimizin U-15, U-16, U-17 və U-19 komandalarının kapitanı olaraq şərəfini qoruyub.
- Bakıdakı dünya çempionatı başa çatdı, keçici bayraq Çinə təqdim olundu - FOTOLENT
- Azərbaycan "Formula 1"in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub
- Avroliqada pley-in mərhələsi
- “İnter” Kontedən sonra ilk dəfə A Seriyasında ardıcıl 9 qələbə qazanıb
- Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar
0
0