Millimizin üzvü oynadı, komandası qələbə qazandı
05.04.2026 - 13:15
MLS-də VI turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolambus Kryu” səfərdə “Atlanta Yunayted”lə qarşılaşıb.
Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa vurub.
Axundzadə meydana 90-cı dəqiqədə buraxılıb.
Qeyd edək ki, "Kolambus Kryu” Şərq Konfransının turnir cədvəlində beş xalla 11-ci pillədə qərarlaşıb.
0
0