Minifutbol millimiz beynəlxalq turnirin qalibi olub
02.05.2024 - 09:15
![Minifutbol millimiz beynəlxalq turnirin qalibi olub](https://apasport.az/storage/news/2024/may/02/big/66331ab2d18d266331ab2d18d3171462520266331ab2d18d066331ab2d18d1.jpeg)
Azərbaycanın minifutbol millisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.
Apasport.az xəbər verir ki, Azərbaycan futbolçuları turnirin həlledici oyununda son dünya çempionu Rumıniya komandasına 5:4 hesabı ilə qalib gələrək baş mükafatı qazanıblar.
Turnirin ən yaxşı qapıçısı Vəli Qafarov, ən yaxşı futbolçusu adına isə Elvin Əlizadə layiq görülüb.
0
0